Çox güman ki, yanan maşını killer Tolyattinin Pobeda küçəsində qoyub.
Oxu.Az KP-Samara-ya istinadən xəbər verir ki, bu barədə Samara vilayəti üzrə Rusiya Federasiyasının İstintaq Komitəsinin İstintaq İdarəsi bildirib. Xatırladaq ki, bu gün səhər təxminən doqquzun yarısında “Şeyp” idman klubunun yaxınlığında 38 yaşlı sinəsindən yaralanmış kişi cəsədi tapılıb.
Müstəntiqlərin məlumatına görə, sport-kluba yaxınlaşan “09”-dan naməlum cinayətkar atəş açıb. Ən azı 4 güllə atılıb, bundan sonra cinayətkar hadisə yerindən qaçıb. Bir müddət sonra isə hüquq mühafizəçiləri cinayətkarın hərəkət etdiyi maşını yanmış halda tapıblar. Avtomobildə kişinin öldürüldüyü ehtimal edilən silah olub.
“Adam öldürmə” və “qanunsuz silah alma, daşıma və saxlama” maddələri üzrə cinayət işi açılıb. Hal-hazırda kriminalist və müstəntiqlər tərəfindən xarici müşahidə kameralarının videomaterialları tədqiq edilir, şübhəli bilinən şəxs axtarılır, tibbi-məhkəmə ekspertizası və kriminalistik ekspertizalar aparılır.
Eyni zamanda sosial şəbəkələrdə öldürülən şəxsin idman totalizatorları ilə əlaqədar olan kriminal avtoritet olması barədə informasiya yayılıb. “Volqa Nyus”un məlumatına görə, öldürülən şəxs müəyyən dairələrdə Ruslan Sedoy kimi məşhur olan azərbaycanlıdır. O, keçmiş SSRİ-nin Asiya ölkələrindən olanlara himayədarlıq edərdi, Mərkəzi rayonun topdansatış ərzaq bazarlarının birində meyvə və tərəvəz alveri ilə məşğul olurdu.
A.İ.
www.oxu.az