Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində 2013-cü ildən yanacaq oğurluğu və sonrakı satış üçün qonşu regionlara nəqli ilə məşğul olmuş etnik cinayətkar qruplaşma ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, 5 Azərbaycan vətəndaşından ibarət olan etnik qruplaşma 29 iyul 2014-cü il tarixində Noyabrskda zərərsizləşdirilib.
İstintaq zamanı müəyyən edilib ki, qruplaşmaya neft məhsulları oğurlamaqda podradtçı şirkətlətdən birinin 10 işçisi kömək edib. Oğurlanmış neft müəyyən vaxt xüsusi hazırlanmış yerlərdə saxlanılırdı. Cinayətkarlar rezervuarlarda mazutun olması barədə saxta sənədlər əldə edəndən sonra neft daşıyan maşınlar heç bir maneə olmadan Karamovsk postundan sonrakı satış üçün qonşu regionlara daşınırdı.
Cinayətkarların saxlanılmasından və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışlarından sonra 50 ton neft aşkar olunaraq müsadirə edilib. Bundan başqa, pul vəsaitləri və saxta nəqliyyat sənədləri, həmçinin oğurlanmış neft məhsullarının həcmi və cinayətkarların gəlirlərinin olduğu qeydlər də aşkar olunub. Qeydlərə əsasən cinayətkarların neft məhsullarının oğurluğu ilə 2013-cü ilin sentybarından məşğul olmaları müəyyən edilib.
İlkin istintaq müəyyən edib ki, bu etnik qruplaşma on milyonlarla rubl məbləğində neft məhsulları oğurlayıb. Lakin istintaq sübut edə bilib ki, qruplaşmanın üzvləri 5 min ton xammal oğurlayıb və ziyanın məbləği təxminən 1,5 milyon rubl olub.
Bu cinayət işinə məhkəmənin son qoyacağı gözlənilir.