Tver şəhərinin Moskva rayon məhkəməsi qohumunu qətlə yetirdiyinə görə azərbaycanlıya 12 il həbs cəzası verib, müttəhim cəzasını ciddi rejimli koloniyada çəkəcək, “Tverskie Novosti” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, cinayət işi üzrə dövlət ittihamı Tver şəhərinin Moskva rayon prokurorluğu tərəfindən dəstəklənib.
Məhkəmə baxışı zamanı müəyyən edilib ki, 2015-ci ilin mart ayının 15-də müttəhim və onun arvadının qardaşı Tver şəhəri, Levitan küçəsində yerləşən 20 saylı evin qarşısında dayanmış “QAZ-322132” avtomobilində olublar.
Kişilər arasında şəxsi münasibət zəminində mübahisə başlayıb, mübahisə zamanı müttəhim üstündə olan bıçaqla qohumuna bir neçə bıçaq zərbəsi vurub. Aldığı yaralardan zərərçəkən ölüb.