2013-cü ilin avqustunda Rusiyanın Perm diyarının mərkəzi olan Perm şəhərində taksi sürücüsü güllələnib.
Oxu.Az Business-Class-a istinadən xəbər verir ki, Rusiya Təhqiqat İdarəsinin Perm diyarı üzrə təhqiqat idarəsinin məlumatına görə, 13 avqust 2013-cü ildə, axşam saat 22:00 radələrində Permin Pionerskaya küçəsində çoxmənzilli yaşayış binasının qarşısında sərnişin və taksi sürücüsü arasında münaqişə yaranıb.
Mübahisə zamanı sərnişin sürücüyə tapançadan bir neçə dəfə atəş açıb. O, dərhal hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan taksi sürücüsü 2013-cü il avqustun 18-də dünyasını dəyişib. 6 oktyabr 2014-cü ildə cinayəti törətməkdə şübhəli şəxs qismində 24 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Cinayət işinin təhqiqatı davam edir.