Məhərrəmkənd gömrük məntəqəsində yoxlama zamanı təxminən yeddi kiloqram deklarasiya edilməmiş zərgərlik məmulatı aşkar olunub. Bu barədə Dağıstan gömrüyünün mətbuat xidməti bildirib.
Oxu.Az xəbər verir ki, Dağıstan sərhəddində Məhərrəmkənd məntəqəsində yanvar ayının 20-də deklarasiya edilməmiş zinət əşyalardan ibarət təxminən yeddi kiloqramlıq yük aşkar edilib.
Rusiyaya 6,75 kiloqram çəkisi olan qızıl məmulatlarını Azərbaycan vətəndaşı keçirmək istəyib. Qaçaqmalın tərkibində sırqalar, qolbaqlar və boyunbağları olub.
Hazırda məmulatların tərkibi və dəyərini müəyyənləşdirmək üçün ekspertiza aparılır. Ekspertizanın nəticəsinə uyğun olaraq inzibati qayda pozuntusu üzrə işin və ya cinayət işinin açılması müəyyən ediləcək.