Avqustun 9-da “Şahdağ” qış-yay turizm kompleksinin ərazisindən oğurluq etmiş qrupun digər üzvləri tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da “Şahdağ” qış-yay turizm kompleksinin ərazisindən 420 metr elektrik kabeli oğurlamış qrupun digər üzvləri - rayon sakinləri Fariz Qırxlarov və Elşad Hacıverdiyev tutulublar.