Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şamaxıda yeniyetmə söyüşə görə QAN TÖKDÜ
Şamaxıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə dünən gecə saat 23 radələrində Şamaxı şəhərində baş verib.
Şəhər sakini 16 yaşlı M.Ələkbərov xuliqanlıq zəminində həmyaşıdı K.Piriyevə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş K.Piriyevin vəziyyəti qənaətbəxşdir.
Əldə etdiyimiz məlumata görə, hadisə söyüş üstündə törədilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetmənin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı araşdırmalara başlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb.