Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Saxta sənədlə Azərbaycana gələn Türkiyə vətəndaşına hökm oxundu
Xəzər Rayon Məhkəməsində saxta yolla Azərbaycana gələn Türkiyə vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2000-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölkəsində saxta pasport hazırladaraq Gürcüstana, oradan isə Azərbaycana gəlib. Bir müddət Bakıda qalan həmin şəxs Bakı-Tbilisi reysi ilə Gürcüstana keçmək istəyərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Aqil Vəlili
"Xəzər Rayon Məhkəməsi" teqi üzrə xəbərlər
- Qızıl Aypara Cəmiyyətinin sabiq bölmə sədrinin daha bir cinayəti aşkarlandı
- Bakıda qəbirqazan atası ölən şəxsi aldatdı
- İntim videolar çəkən FHN polkovniki vaxtından əvvəl azadlıq istədi - Sonra fikrini dəyişdi
- Bakıda piyadanı vuran sərnişin avtobusunun sürücüsünə cəza verildi
- Evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar çıxarıldı
Ən çox oxunanlar