Şəki şəhərinin Qumux kəndində yanğın olub.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 60 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlaması yanıb.
Bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.