Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, qanlı olay Yeni Həyat kəndində qeydə alınıb. 16 yaşlı məktəbli Ceyhun Məmmədov təhsil aldığı məktəbin yaxınlığında 11-ci sinif şagirdi tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.
Yeniyetmə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. İlkin ehtimala görə, bıçaqlanma hadisəsini törədən məktəbli məktəbə avtomobillə gəlib. 16 yaşlı yeniyetmədən avtomobili park etmək istədiyi ərazidən çəkilməsini istəyib. İstəyinə rədd cavabı aldıqda isə onun sağlamlığına qəsd edib.
Bıçaqlanma hadisəsini törədən şəxsin axtarışları aparılır.
22:20
Şəmkirdə bıçaqlanma olub.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Kənd sakini 2000-ci il təvəllüdlü 10-cu sinif şagirdi Ceyhun Məmmədov oxuduğu məktəbin qarşısında həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb.
Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən 16 yaşlı məktəblinin vəziyyətinin ağır qiymətləndirilir. Cinayəti törədən məktəblinin saxlanılması istiqamətində əməliyat tədbirləri həyata keçirilir.
S.B.
www.oxu.az