Şirvan rayonunda bir gündə iki “VAZ-2106” markalı avtomobili qaçırmış şəxs həbs olunub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Şirvan şəhər polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Samir Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış şəhər sakini Sakit Qasımzadə tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Cavid Cəlalova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.