Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şirvanda 74 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib: “İçki aludəçisi olublar” - YENİLƏNİB + VİDEO
Şirvanda oğulun atasını öldürməsinin təfərrüatı məlum olub.
Hadisə şəhərin Süleyman Bağırov küçəsində yerləşən binanın ikinci mərtəbəsində baş verib.
Aralarında yaranan mübahisə zəminində 44 yaşlı Seymur Şərifov atası, 74 yaşlı Allahverdi Şərifova 10-dan çox bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Onların qonşusu Əliqardaş Vəliyevin sözlərinə görə, ata və oğul içki aludəçisi olublar:
“Allahverdi Şərifovun yoldaşı da beş-altı ay bundan öncə vəfat edib. Sakit adam idi. Oğlu ilə birlikdə yaşayırdı. Hər ikisi içki içən idi”.
Şirvan Şəhər Prokurorluğundan bildirilib ki, qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Seymur Şərifov iş üzrə şübhəli şəxs qismində tutulub.
Ətraflı Baku TV-nin süjetində:
12:20
Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Allahverdi Şərif oğlu Şərifovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Seymur Allahverdi oğlu Şərifov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər