Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şirvanda avtobusda dava: Sürücü dispetçerə vintaçanla xəsarət yetirdi
Şirvan şəhərində sürücü dispetçeri döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Şirvan şəhəri, Salyan yolu adlanan ərazidə baş verib.
9 saylı marşrut avtobusunun sürücüsü Bəxtiyar dayanacağa daxil olaraq, oradan tez çıxmaq istəyib. Amma dayanacaqda həmin xəttə nəzarət edən dispetçer Azər buna narazılıq edib və digər avtobusun intervalına problem yaradacağını deyib. Sürücü buna görə dispetçer ilə mübahisə edib. Mübahisə zamanı Azər Bəxtiyarı söyüb və bununla da dava başlayıb. Nəticədə Bəxtiyar Azəri vurub və ona vintaçanla xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.
Məhkəmə Bəxtiyara 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Aqil Vəlili
"Qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi
- Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik İDDİA
- Dəhşətli cinayətdə ŞOK DETAL: "Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi"
- Pula görə dayısını bıçaqlayan şəxsə HÖKM OXUNDU
- 56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona xəsarət yetirdi - TƏFƏRRÜAT