Dünən axşam Sumqayıtın Zeynalabdin Tağıyev qəsəbəsində qətl hadisəsi törədilib.
Kişi öz həyat yoldaşı və onun anasını bıçaqlayaraq öldürüb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildiriblər.
Məlumata görə, dəfələrlə həbsdə olmuş 1980-cı il təvəllüdlü Hüseynov Zöhrab Əlibaxış oğlu polisə gələrək, öz keçmiş həyat yoldaşı və qayınanasını öldürdüyünü bildirib.
Hadisə yerinə gəlmiş istintaq-əməliyyat qrupu 1981-ci il təvəllüdlü Eminova Tehranə Akif qızı və onun anası, 1954-cü il təvəllüdlü Eminova Adilə Əliməmməd qızını cəsədlərini aşkarlayıb.
Kriminalistlər Adilə Əmiyevanın bədənində dörd, Tehranənin bədənində isə iki bıçaq yarası aşkarlayıblar.
Dindirmə zamanı saxlanılmış şəxs bildirib ki, oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə salındığı həbsxanadan bir müddət əvvəl çıxıb. Hüseynov bildirib ki, oktyabrın 23-də keçmiş həyat yoldaşının yanına gələrək uşaqlarını görmək istədiyini bildirib. Bu nikahdan onun 8-10 yaşlarında bir oğlu və qızı var.
Lakin uşaqlar onu qəbul etməyiblər. Bundan başqa, Tehranə Eminova bəyan edib ki, Zöhrab daha buraya gəlməsin, çünki uşaqların artıq atası var və onlara keçmiş dustaqdan heç bir şey lazım deyil. Hüseynov çıxıb getsə də, növbəti gün qadınları öldürmək üçün geri qayıdıb.
Onun sözlərinə görə, günün elə vaxtını seçib ki, uşaqlar evdə yox, məktəbdə olsunlar.
Alınmış məlumatlara görə, indi uşaqları babalarına verəcəklər. Hüseynovu isə ömürlük həbs cəzası gözləyir. Bildirilir ki, bu, onun üçüncü məhbəs həyatı yolacaq.
İstintaq davam edir.