Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sumqayıtda 7500 manatlıq dələduzluqda şübhəli bilinən şəxslər tutulublar
Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə bir nəfərin 7500 manat pulunun dələduzluq yolu ilə alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən E.Həşimov və D.Müslümov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi
- Nizami Alışan məhkəmədə sinif yoldaşı ilə üz-üzə gəldi
- "Talassemiya işi" ilə bağlı məhkəmədə hakimin sualı tanınmış həkimi çətin duruma saldı
- Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir
- Təqaüd düzəltmək adı altında dələduzluq edən şəxs həbs edilib
Ən çox oxunanlar