Oxu.Az APA-ya istinadən xəbər verir ki, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdiriliblər.
23:25
Sumqayıt şəhərində, 10-cu mikrorayonda atışma olub.
Oxu.Az Qaynar.info-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qeyd olunan ərazidə yerləşən Soltan marketin yaxınlığında vəhhabi təriqətindən olanlarla polis əməkdaşları arasında atışma baş verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində yaralnanlar var.
Hazırda polis ərazini mühasirəyə alıb.
Son məlumata görə, hadisə nəticəsində ərazidə yaşayanlara da zərər dəyib. Belə ki, atışma nəticəsində bir neçə maşına ciddi xəsarət dəyib.
Ərazidə yaşayan sakinlər evdən çölə buraxılmır.