Sumqayıtda oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən fevralın 1-də şəhər ərazisindəki evlərin birindən 40 000 ABŞ dolları və 8 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Kotec qəsəbə sakini Y.Meylamova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.