Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sumqayıtda həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən gənc qadın saxlanılıb
Dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.
"Report" un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.
2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyevə bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
