Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mirzə Mirzəyevin mənzilindən 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş və lüləsi kəsilmiş “İJ-K” markalı ov tüfəngi və 7 ədəd patron aşkar edilərək götürülüb.
Bu barədə Oxu.Az Daxili İşlər Nazirliyin saytına istinadən xəbər verir.
Əlavə olaraq, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Dadaşovdan qumbara və 11 ədəd müxtəlif çaplı patron götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az