Sumqayıt polisi qadının çantasından oğurluq edən şəxsi saxlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, şəhər sakini Nizami Mürvət oğlu Əliyev 39-cu məhəllə ərazisində vətəndaş Tamella Məhərrəm qızı Abdullayevanın içərisində 32 manat olan pul qabını oğurlayıb.
Amma çox uzağa gedə bilməyib. Qaçarkən polis əməkdaşları tərəfindən tutulub. Nizami əməlini heç bir yerdə iş tapa bilməməsi ilə əsaslandırsa da məsləhət verməyi özünə borc bilib, insanları cinayətdən uzaq olmağa səsləyib.
Faktla bağlı cinayət məcəlləsinin 380.1 maddəsilə cinayət işi açılıb və iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda Sumqayıt şəhər polis idarəsində onun əməlindən başqa şəxslərin də zərər çəkib-çəkmədiyi araşdırılır.