Sumqayıt şəhərində kütləvi dava olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, dava zamanı 23 yaşlı Nəbi Qarayevə 3 bıçaq zərbəsi vurulub.
Həmçinin davada onun qardaşları - 29 yaşlı Miri Qarayev və 22 yaşlı İmran Qarayev naməlum şəxslər tərəfindən döyülüblər.
Hər üç qardaş Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. N.Qarayevin vəziyyəti stabil-ağırdır.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
E.Ə.
www.oxu.az