Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən zavodlardan birinin ərazisində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Bilal Şahgəldiyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12