Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tanışını 20 manat borca görə bıçaqlayan şəxsə hökm oxundu
Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Tural Mursəliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Tural Mursəliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 18 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində qeydə alınıb.
Belə ki, təqsirləndirilən Tural Mursəliyev tanışı, zərərçəkmiş Rövşən Həsənova (soyadı şərti) 20 manat pul borcu olub. Bununla əlaqədar o, həmin şəxslə yaşadığı evin qarşısında mübahisə edərək dalaşıb. Dava zamanı zərərçəkmiş şəxs onun yaxasından tutub dartıb, nəticədə hər ikisi yerə yıxılıb. Sonra Tural yıxıldığı yerdən durub yaşadığı evə gedərək mətbəx bıçağını götürüb, Rövşənin yanına qayıdaraq ona xəsarət yetirib.
Rəylər