Rusiyada Krasnoyarsk vilayətinin 35 yaşlı sakininə qarşı cinayət işi qaldırılıb.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, müstəntiqlərin məlumatına əsasən, kişi bir yerdə yaşadığı qadının 12 yaşlı qızını zorlayıb.
Qızın baş verənlər barədə anasına danışmasından xəbər tutan şübhəli şəxs Krasnoyarsk vilayətindən qaçıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, şübhəli şəxs Azərbaycan ərazisindədir.
Hazırda ekstradisiya məsələsi həll olunur.
www.oxu.az