Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

TIR-larla yolu bağlayan şirkət rəhbəri və atasına prokuror həbs tələb etdi
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) etiraz olaraq Bakıda yolu bağlayan TIR sürücülərindən biri, eyni zamanda TIR-ların məxsus olduğu daşıma şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərovun məhkəmə istintaqı tamamlanıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Rəmiş Cəfərovun 8, atası Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini tələb edib. Z.Cəfərovun məhkəmə zalında həbs edilməli olduğu qeyd edilib.
Xatırladaq ki, "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlamış və nəticədə saatlarla süni tıxac yaranmışdı. Onlar DANX tərəfindən müvafiq icazə vərəqələrinin verilmədiyini iddia edirdilər.
Yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərov Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min dollarlıq yükü ələ keçirməkdə ittiham olunur. Bundan əlavə, o, dörd sahibkara məxsus ümumilikdə 68 min dollarlıq məhsulun daşınması üzrə də onlara maddi ziyan vurduğu üzə çıxıb. Sonradan onun atası da cinayət məsuliyyətinə cəlb edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- 11 "WhatsApp" qrupu açıb, 1 milyon manatdan çox pulu mənimsədi - 10 il həbsdə yatacaq
- Yeznəsini bıçaqlayan şəxsə dörd il həbs cəzası verildi
- Bankın yarım milyon manatını mənimsəyən xanımlardan birinə ağır cəza verildi
- Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏR
- Milyonçunun pulunu mənimsəməkdə ittiham olunan şəxs Səfər Əbiyevin keçmiş kürəkəni olub?