Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Toplum TV” üzərindən yarım milyon dollardan artıq vəsait qeyri-qanuni şəkildə Azərbaycana çatdırılıb
“Toplum TV”nin ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, bir sıra şəxslər saxlanılıb, hazırda iş üzrə istintaq tədbirləri aparılır.
APA-nın məlumatına görə, əldə olunmuş ilkin nəticələr onu deməyə əsas verir ki, “Toplum TV” üzərindən yarım milyon dollardan artıq vəsaitin Azərbaycana çatdırılması və müxtəlif layihələrin, tədbirlərin və fəaliyyətin qeyri-qanuni şəkildə maliyyələşdirilməsi həyata keçirilib.
Materialların öyrənilməsi zamanı müəyyən olunur ki, Qərbin ölkəmizdə reallaşdırdığı digər layihələrə nisbətən yeni layihə olan “Toplum TV” mərkəz olmaqla Azərbaycanda geniş şəbəkənin fəaliyyətinin təmin edilməsi, onların vasitəsilə sosial, ictimai, siyasi istiqamətlər üzrə cəmiyyətdə narazılığın artırılması, itaətsizlik mühitinin formalaşdırılması, gərginliyin yaradılması və inkişaf etdirilməsi strateji xətt kimi təyin olunub.
Prosesə bilavasitə nəzarət ABŞ-nin müəyyən qurumları və ayrı-ayrı institutları tərəfindən həyata keçirilib.
Qeyd olunmalıdır ki, əvvəlki dövrdə də ABŞ tərəfindən Azərbaycanda analoji fəaliyyətin təşkil edilməsi və idarə olunması, bu prosesin 1990-cı illərin sonlarından başlayaraq artan xətt üzrə inkişaf etdirilməsinə dair çoxsaylı faktlar var. Azərbaycanda ABŞ-nin Milli Demokratiya İnstitutunun (NED), USAİD-in və digər təşkilatların fəaliyyəti, NED-in Azərbaycan üzrə ofisinin rəhbəri olmuş Aleks Qriqorevsin təşkilatçılığı ilə 2011-2012-ci illərdə bu məqsədlərə iki milyon ABŞ dolları həcmində vəsait xərcləndiyi, həmin dövrdə gənclərin Bakıda Fəvvarələr meydanında itaətsizlik aksiyalarının keçirilməsi, hətta “molotov kokteylləri”ndən istifadə edilməsinin planlaşdırılması da müəyyən edilmiş faktlardır.
Qərbin Azərbaycanda yaratdığı şəbəkəyə yerlərdə rəhbərlik edən şəxslərin bu prosesdə fəal iştirakı, onların məsələnin mahiyyəti barədə xəbəri olmayan gəncləri öz dövlətinə qarşı fəaliyyətə cəlb etmələri mahiyyət etibarilə öz təsdiqini tapır. Buna görə də bu prosesə aldadılaraq cəlb olunmuş şəxslər sərbəst buraxılır. Ancaq onlar da cəlb olunduqları fəaliyyətin mahiyyətini dərk etməli və gələcəkdə bu tipli anti-milli fəaliyyətdən kənar durmalıdırlar. Hazırda həbsdə olan şəxslər də istintaq orqanları ilə əməkdaşlıq etməlidirlər.
Şəbəkəyə yerlərdə rəhbərlik edən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, “Toplum TV”nin rəhbəri Xədicə İsmayıl və digər şəxslər bu fəaliyyətin təşkili üçün Qərb fondlarından yüz minlərlə dollar həcmində vəsaitlər alıblar, məsələlərdən xəbərsiz olan gənclərə isə çox az məbləğdə vəsait verilib.
O da məlum olub ki, qeyri-qanunu maliyyə əməliyyatları Gürcüstan üzərindən həyata keçirilib.
"Aİ" teqi üzrə xəbərlər
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
Rəylər