Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Toyda polisi döydülər
Balakən rayonunda toyda insident baş verib.
Oxu.Az xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 3-ü gecə saat 22:45 radələrində rayonun Yeni Şərif kənd sakini, 1987-ci il təvəllüdlü Məhəmməd Əli oğlu Kiriyev və Balakən şəhər sakini, 1979-cu il təvəllüdlü Telman Rauf oğlu Soltanov xəsarətlə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.
Hazırda onların vəziyyəti orta-stabil hesab olunur.
Araşdırma zamanı məlum olub ki, Əli Kiriyev və Telman Soltanov Balakən şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy mərasimində yaranan dava nəticəsində xəsarət alıblar. Xəsarət alanlardan Əli Kiriyev Balakən rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində çalışır. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda fakt təsdiqlənib. Baş vermiş hədisə ilə bağlı saxlanılan yoxdur. Araşdırma aparılır.
"Balakən" teqi üzrə xəbərlər
- Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?
- Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi
- Balakən kanat yolu niyə yeddi ildir bağlıdır?
- Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum oldu
- Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür