Tanınmış aktyor, “Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu 79 yaşında vəfat edib.
Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb.
Məlumata əsasən, Q.Atakişiyevin bir oğlu və qızı var.
Xatırladaq ki, Qorxmaz Atakişiyev “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını canlandırıb.
Ramella İbrahimxəlilova