Xankəndində silah-sursat aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində bir ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, dörd tapança, doqquz ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5 775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Rəylər