Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yardımlıda ƏMƏLİYYAT: İran vətəndaşları saxlanıldılar
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib.
Verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıblar. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Tiktoker İlhamə Elşadqızı məhkəmədə ifadə verib
- Abşeronda ƏMƏLİYYAT - Keçmiş məhkum 48 kiloqram narkotiklə ƏLƏ KEÇDİ
- Bakı Şəhər Baş Polis İdarəsi Arif Məmmədovun axtarış dosyesini yaydı
- Bakıda 11 il cəza çəkən keçmiş məhkum yenidən həbs edildi
- Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkiblər"