Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DİN Bakıda silsilə ƏMƏLİYYATLAR KEÇİRDİ
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bakıda narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü həbs olundu
- Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
- Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub
- Xətai rayonunda 17 kiloqram narkotik vasitə aşkarlanıb