Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Oxu.Az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əfqan Almaz-zadənin yanına qısamüddətli görüşə gəlmiş atası Fərman Almaz-zadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd “BlackBerry” markalı mobil telefon aparatı, elektrik qidalandırıcısı, batareya və elektrik naqili aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.