Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə mayın 31-də 28 May qəsəbəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Taleh Qurbanov evdə bacısının əri, Yevlax sakini ,1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu bıçaqla qətlə yetirib.
Taleh Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12