Yevlax rayonunda itkin düşən bacı-qardaş tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat verib.
Bildirilib ki, uşaqlar polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil verilib.
14:39
Yevlax rayonunda bacı-qardaş itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, Yevlax rayon sakinləri 2003-cü il təvəllüdlü Ayşə Abdullayeva və qardaşı 2011-ci il təvəllüdlü Elmanın itkin düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Şəkillərdə gördüyünüz şəxsləri tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.