Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yüksək vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI
Dünən polis rəisinin müavini olmuş polkovnik-leytenant Mirtağı Bağırovun oğlu Mirhadi Bağırovun Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu iş otağında bıçaqlayaraq qətlə yetirməsinin bəzi detalları məlum olub.
“Qaynarinfo”ya daxil olan məlumata görə, bir il əvvəl DAİM-də mühasib kimi fəaliyyətə başlayan Mirhadi Bağırov mütəmadi olaraq işindən yayınırmış. Bir neçə dəfə Ziyad Əhmədovun ona xəbərdarlıq etməsinə baxmayaraq, Mirhadi Bağırov işə məsuliyyətli yanaşmayıb.
Bir müddətdir işə gəlməyən Mirhadi Bağırov dünən DAİM binasına daxil olan zaman Ziyad Əhmədov ona “sən niyə işə gəlmirsən?” iradını bildirib. Bundan sonra onların arasında mübahisə yaranıb.
Mübahisə Ziyad Əhmədovun kabinetində də davam edib. Daha sonra Mirhadi Bağırov bıçaqla Ziyad Əhmədovu kabinetində qətlə yetirib.
Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi Elsəvər Hüseynov açıqlamasında bildirib ki, Ziyad Əhmədov heç vaxt iş zamanı təhqiramiz ifadələr işlətməyib:
“İdarədaxili söz-söhbətlər bəzən olurdu. Amma sonra Ziyad Əhmədov özü adamın könlünü alırdı. O, sadəcə işi tələb edirdi. Mübahisələri əsasən işə gəlməmək üstündə olub. Başqa nəyə görə ola bilər ki? Buna görə adamı bıçaqlayıb öldürərlər? İşə gəlirsən, gəl. Gəlmirsənsə, çıx, get. Kim səni məcbur edib?”
Elsəvər Hüseynov bildirib ki, Ziyad Əhmədovu öldürən mühasib subay olub:
“Ziyad Əhmədovun ailəsi, uşağı var idi. Əgər Ziyad Əhmədov onu incidirdisə, gedib hüquq-mühafizə orqanlarına şikayət verə bilərdi”.
"Aİ" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
Rəylər