11 nominasiya üzrə Oskara layiq görülən “Ben-Hur” filmi yenidən çəkiləcək.
Oxu.Az xəbər verir ki, filmin ssenarisi üzərində Con Ridli yenidən işləyəcək.
Filmin aktyorları isə hələlik məlum deyil. Rejissor isə qazaxıstanlı Timur Bekmambetovdur.
Premyerası 2016-cı ildə nəzərdə tutulmuş film prodüserlərə 200 milyon dollara başa gələcək. Film Lyu Uollesin “Ben Hur: İsanın hekayəti” əsəri əsasında çəkilir.
Xatırladırıq ki, 1959-cu ildə rejissor Uilyam Uaylerin çəkdiyi “Ben-Hur” filmi 11 Oskar və 90 milyon dollar gəlir gətirib.
Artıq altıncı dəfədir ki, ekranlaşdırılan “Ben-Hur: İsanın hekayəti” xristianlığın erkən dövrlərində Roma imperiyasının yəhudilərə qarşı repressiyalarından bəhs edir.