Şanxayda yaşayan 19 yaşlı Yu Penq adlı qız kompleksiz şəkildə Çinin WeiBo sosial şəbəkəsində yaşı 30-dan çox olmayan, boyu 175 sm-dən alçaq olmayan zəngin və xoş görünüşlü kişilərə təklif paylaşıb.
Yu özü səfər etdiyi hər şəhərdə sekslə məşğul olmağı planlayır – tətil xərclərinin ödənməsi, qida və əyləncə müqabilində olacaq. Onun təklif etdiyi bu əmtəə pul münasibətlərində beyin və ruh iştirak etməyəcək.
Yu belə gəzmək üsulunda qınanılası heç bir şey görmür – onun sözlərinə görə, o bu yolla ölkənin bir hissəsinə səyahət edib, indi isə digər hissəsini görmək istəyir. Amma Çin İnternet cəmiyyəti bu özbaşınalığa qəzəblənib və sosial şəbəkənin administrasiyasından Yunun profilini və paylaşımlarını fahişəliyin reklamı kimi ləğv etməyi xahiş edib.