Apple-ın iki yeni smartfonu iPhone 6 və iPhone6+ meydana gəldikdən sonra onların ətrafında səs-küy getdikcə artır.
Təbii ki, rəqiblər dinc oturmayacaqlar – sosial şəbəkələr artıq “təbrik” və sancmalarla qaynayır.
Google+ Ron Amadeo adlı istifadəçi, “2012-ci ilə xoş gəlmisiz!” yazaraq, 2012-ci ilin noyabr ayında buraxılmış Nexus 4-ün xarakteristikasını göstərib, sonra isə “Öz “yeni” telefonunuzdan həzz alın” sözlərini əlavə edib.
“Biz Apple-i böyük displeylər dünyasına gəlməsi münasibəti ilə təbrik edirik”, HTC UK-un Twitter səhifəsində yazılıb.