Tanınmış İtaliya film ulduzu Sofi Loren Kann kinofestivalının şərəf qonağı olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 79 yaşlı aktrisa gözəlliyi ilə cavanları belə kölgədə qoymağı bacarıb.
Özünə qulluq edilmiş və makiyajlı, cazibədar geyimi ilə diqqət cəlb edən aktrisa jurnalistlərlə salamlaşıb.
Aktrisa onlarla zarafatlaşıb, gülərüzlülüyü ilə hamını heyran qoyub.
Qeyd edək ki, S.Loren ilk dəfə 1955-ci ildə Qızıl Palma mükafatı qazanıb.