ABŞ-da 1793-cü ildə kəsilmiş bir sent dəyəri olan sikkə, hərracda 2,35 milyon dollara satılıb. Bu barədə Associated Press xəbər verir.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, sikkə “zəncir senti” adı ilə məşhurdur, belə ki, onun üzərində 13 halqadan ibarət zəncir təsvir edilib, bu ilk 13 koloniyanın vəhdətini təmsil edirdi.
Satış Florida ştatının Orlando şəhərinin hərracında keçirilib.
Heritage Auctions hərrac evinin prezidenti Qreq Rouhan sikkənin çox nadir olduğunu, buraxıldıqdan sonra isə dizaynının dəyişdirildiyini deyib, çünki onun üzərində təsvir edilən zəncirlər səhvən təhkimçilik rəmzi kimi qəbul edilib.
