Marixuana satışı üçün ilk aparat Kolorado ştatında Eybonada quraşdırıldı. Satış tibbi məqsədlədir.
Oxu.Az bildirir ki, bu haqda UPİ agentliyindən xəbər verilib.
O Zazz adlanır və American Green şirkətində hazırlanıb.
“Müalicəvi” çətənəni yalnız xüsusi qeydiyyat kartı və PİN-şifrəsi olan xəstələr əldə edə bilər. Bundan başqa, çoxsaylı kameralar müştərinin simasını sənəddəki şəkillə müqayisə edəcək.
American Green nümayəndələrinin sözlərinə görə, belə avtomatlar yalnız xüsusi lisenziyalı məntəqələrdə quraşdırılacaq. Bundan başqa şirkətdə bəyan etdilər ki, bu avtomatlar ştatda çətənə satışının qanuni dövriyyəsinə nəzarəti artıracaq.
Kolorado çətənənin yalnız tibbi məqsədlə istifadə olunmadığı ilk ştatdır. Yanvar ayının 1-dən çətənə 30 mağazada satışa buraxılıb.
Tibbi marixuana satışı üçün ilk aparat Kaliforniyada 2012-ci ildə quraşdırılıb. Orda çətənə kolunu tibbi məqsədlə 1996-cı ildən yetişdirməyə icazə verilib. Daha sonra 13 ştat bu icazəni aldı.