İlk dəfə kult jurnalının səhifələrində bədən ölçüsü 54 olan qız peyda olacaq.
Moda dünyasında əsl çevrilişdir: 90-60-90 parametrli qızlar getdikcə bir qədər bədən ölçüləri böyük olan həmkarlarına məğlub olurlar.
Oxu.Az ADME-yə əsasən xəbər verir ki, “Sports Illustrated” çimərliklərin xüsusi buraxılışı əsl qadın bədəninin gözəlliyini nümayiş etdirmək qərarına gəlib, bu səbəbdən də ilk dəfə səhifələrində plus-size model Eşli Qrekhemin şəkillərini dərc edəcək.
“Bilirəm ki, seksual görünürəm, istəyirəm ki, böyük bədən ölçülərinə malik qadınlar dərk etsinlər ki, onlar da cazibədar gürünürlər”, - Eşli deyib.
Oxu.Az olduğu kimi görünməkdən çəkinməyən qızın şəkillərini təqdim edir.
E.Ə.
www.oxu.az