Apple Macintosh üçün proqramın Display adlı ilkin versiyasını 1987-ci ildə Miçiqan Universitetinin tələbəsi Tomas Noll hazırlayıb. 1988-ci ildə o Adobe Systems şirkəti tərəfindən alınıb.
Oxu.Az Qazeta.ru-ya istinadsən xəbər verir ki, bu müddət ərzində qrafik redaktor 15 dəfə yenilənərək, Creative Suite tərkib hissəsinə, sonra isə Creative Cloud tərkibində servisə çevrilib.
Hal-hazırda proqram Windows və OS X platformalarında, eləcə də iOS və Android bazaları olan mobil qurğularda da istifadə edilir.