Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Afrikada heyvanlar kütləvi şəkildə ölür: Bəbirlər və şirlər tamamilə yox ola bilər
Afrikada şirlər, bəbirlər, çöl qartalları və digər nadir heyvan növləri sürətlə məhv olma təhlükəsi ilə qarşı-qarşıyadır. Əsas səbəb isə ucqar dağlıq ərazilərdən keçən yolların salınmasıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "IFLScience" məlumat yayıb.
Araşdırmalara görə, yolların çəkilməsi və insan fəaliyyəti heyvanlarla nəqliyyat vasitələrinin toqquşma riskini artırır. Bu isə bəzi növlərin kütləvi şəkildə məhv olmasına səbəb olur.
Tədqiqat çərçivəsində yol-nəqliyyat hadisələrində tələf olmuş təxminən 5 min heyvanın məlumatları təhlil edilib. Bu heyvanlar arasında sürünənlər, amfibiyalar, quşlar və məməlilər də var.
Ən çox zərər görən canlılar bunlardır:
-
Amfibiyalar (qurbağalar və s.) dağlıq yollar üzərində ən çox tələf olan heyvanlar sırasındadır.
-
Məməlilər isə daha çox alçaq ərazilərdə qəzaya uğrayırlar.
-
Xüsusilə təhlükədə olanlar arasında şirlər, bəbirlər, fillər və vəhşi itlər qeyd olunur.
-
Yol-nəqliyyat hadisələrinə məruz qalan quşlar arasında isə kritik təhlükə altında olan kərkəslər və çöl qartalları var.
Bildirilib ki, mürəkkəb relyef, qeyri-sabit hava şəraiti və dolama yollar həm sürücülər, həm də heyvanlar üçün təhlükə yaradır. Bu yollar üzərində heyvanların və maşınların bir-birini vaxtında görməsi çətinləşir, nəticədə toqquşmalar artır. Ən böyük təhlükə dağlıq ərazilərdə müşahidə olunur. Belə ki, tədqiqatlar göstərir: yüksək dağlıq ərazilərdə təhlükə altında olan növlərin ölüm faizi 10.1%, alçaq ərazilərdə isə 5.1% təşkil edir.
Bu nəticələr Afrikada yeni yolların planlaşdırılması zamanı vəhşi təbiətin qorunmasının nə qədər vacib olduğunu bir daha sübut edir.
"Sürücülərin nəzərinə" teqi üzrə xəbərlər
- Bakıda piyada MƏSULİYYƏTSİZLİYİ: Avtomobil aşdı, xəsarət alan var - ANBAAN VİDEO
- Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür: Keçid niyə reallaşmır?
- "BakuBus"ın vakansiyasına insanlardan reaksiyalar: "Sürücülük qadın işi deyil"
- Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
- Sulutəpədə yük avtomobili problemi: Sakinlər tıxacdan şikayətçidirlər