Almaniyanın xanım kansleri Angela Merkel istər alman klublarının, istərsə də, milli komandanın matçlarını çox zaman stadiondan canlı olaraq əsl azarkeş kimi izləyir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünənki finalı “Marakana”da Almaniya prezidenti Yoahim Qaukla birgə izləyən Merkel final fitindən sonra bütün həmvətənləri kimi sevincə qərq olub.
Daha sonra paltardəyişmə otağına gedən kansler çempionluğu futbolçularla və baş məşqçi Yoahim Lövlə bayram edib. Xanım Merkel Lövlə pivə də içib.