Amerika şirkəti Apple-in ABŞ hökuməti və hüquq-mühafizə orqanları ilə iş üzrə yeni siyasətinə müvafiq olaraq, hökumətin sorğusu ilə öz müştərilərinin identik məlumatlarını, şəxsi şəkillərini, kontakt siyahısını, yazışmalarını, sənədlərini və digər informasiyanı ötürmə imkanı var.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, sənəddə qeyd edildiyinə görə, Apple ABŞ hakimiyyətinin sorğusu ilə saxladığı Apple məmulatının sahibinin adını, onun fiziki və elektron ünvanını, telefon nömrəsini, qurğu haqqında məlumat və alınma tarixini verə bilər.
Bundan başqa, əgər Apple qurğusunun sahibi iTunes media-pleyer və Apple Store internet-mağaza istifadəçisidirsə, bu zaman şirkət hətta müştərinin alış-verişi və yükləmələri, eləcə də tranzaksiyanın həyata keçirildiyi kredit kartının nömrəsini verə bilər.
Əgər müştəri məlumatların saxlanması üçün iCloud servisindən istifadə edirsə, Apple orda olan bütün məlumatları: foto, sənədlər, kontaktlar, təqvimlər, eləcə də iCloud poçt servisində yazışmaları (@icloud.com, @me.com и @mac.com domenlərində) hökumətə ötürmə imkanı əldə edir.
Apple eləcə də aydınlaşdırıb ki, şirkət Apple qurğusundan göndərilən elektron poçt məlumatlarını da yoxlaya bilir. Amma FaceTime və iMessage messencerində bu, mümkün deyil, çünki məlumatlar şifrələnmiş şəkildə verilir.
Apple istifadəçilər haqqında məlumatları məhkəmə qərarı ilə təqdim edir, amma bir sıra hallarda şirkət informasiyanı məhkəmə qərarı olmadan təcili şəkildə çatdırmaq hüququnu özündə saxlayır. Söhbət insan həyatı və ya səhhəti risk altında olduğu vəziyyətlərdən gedir.
Apple öz istifadəçilərini dövlət strukturları tərəfindən gələn sorğular barəsində əgər, bu məhkəmə tərəfindən qadağan edilmədiyi halda və insan həyatı, səhhəti risk altında deyilsə xəbərdar edəcək.