Dekabrın gəlişi ilə Avropada Milad bazarları yaradılır, bu, ilin ən sevimli bayramının yaxınlaşmasının əsas əlamətidir, Lenta.ru məlumat yayıb.
Oxu.Az xəbər verir ki, şəhərlər işıqlarla bəzədilir, küçələrdə Milad bayramı üçün min bir xırdavatın satıldığı çadırlar qurulur.
Havada isə təzə bişirilmiş şirniyyatın, şokoladın ətri hiss edilir. Hər yerdə musiqi sədaları eşidilir. Məcburi təhlükəsizlik tədbirləri də bayram atmosferini poza bilmir, bəzi yerlərdə polislərin sayı gözə çarpacaq dərəcədə artıb.
Avropanın Milad bayramına necə hazırlaşdığının əks olunduğu fotoları təqdim edirik:
Barselona

Berlin

Brüssel

Varşava

Vyana

Drezden

Milan

Münhen

Paris

Praqa

Stokholm

Tallin
