İngiltərənin ən yaşlı fahişəsi adına sahib 85 yaşlı Şeila Vogel Kupe işindən böyük zövq aldığını və ölənədək pul qarşılığında sekslə məşğul olacağını bildirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Vogel Kupe bir saatlıq seks üçün ən gənc müştərilərindən 250 funt sterlinq tələb edir:
“O gənclər məndə xüsusi bir şey görür. Bu da məni xoşbəxt edir. Çox seksual bir qadın olduğumun fərqindəyəm”.
İkinci əri 2004-cü ildə vəfat edən Vogel Kupe 4 il əvvəl cinsi həyatını canlandırmaq və tək qalmamaq üçün fahişəliyə başladığını deyib:
“Seksi çox sevirəm. Sekslə məşğul olacağımı düşünmək belə məni xoşbəxt edir. Ayrıca bu iş yalnız seksdən ibarət deyil. Ərim öldüyündən bəri təkəm. Bu iş sayəsində həm də sosial həyata qatıla bilirəm”.
Vogel Kupenin sözlərinə görə, yaxın vaxtlara qədər həftədə 10 müştəri qəbul edirmiş:
“Çox təəssüf ki, bir əməliyyat keçirdim və bağırsağımın bir hissəsi kəsildi. Bu səbəbdən bir müddət seksə ara vermək məcburiyyətində qaldım. Ancaq yenə də müştərilərimi məmnun etmək üçün əlimdən gələni edirəm və ən qısa zamanda yenidən tam mənasıyla cinsi əlaqəyə girməyə başlayacağıma inanıram”.
Qeyd edək ki, rejissor Çarli Russell Londonun şimalındakı Cons Vun səmtində yaşayan qadının həyatına dair “Fahişə nənə” adlı sənədli film çəkib.