Yanvar ayının 27-də“Hoegh Osaka” avtomobil daşıyan gəmini Sauthempton limanına gətiriblər.
Belə ki, gəmi Solent körfəzində yanvar ayının 3-də 52 dərəcə əyildiyi üçün qəsdən saya oturulmuşdu.
Oxu.Az xəbər verir ki, 180 metrlik “Hoegh Osaka” gəmisi aşmanın qarşısını almaq üçün kapitan tərəfindən qəsdən saya oturulub.
Gəmidə bahalı avtomobillər daşınırmış (ümumilikdə 1,4 min müxtəlif modelli maşın olub).
Eləcə də gəmidə olan “Range Rover” və “Porsche” markalı 45,5 milyon dollar dəyərində olan avtomobillərə də zərər dəyib.