Azərbaycanda Dövlət Yol Polisinin tətbiq etdiyi cərimə protokolu sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Oxu.Az xəbər verir ki, “VAZ 2104” markalı avtomobilin sürücüsünə sürət həddini aşdığı üçün protokol tərtib edilib.
Protokolda göstərilib ki, 55 BJ021 dövlət nömrə nişanlı “VAZ 21043” markalı avtomobilin sürücüsü maksimal sürəti 100 kms icazə olan ərazidə, maşını 230 kms idarə edib.
Texniki göstəricilərə görə, maksimal sürəti 143 kms olan “VAZ 21043” markalı avtomobilin 230 kms sürəti necə yığdığı sirr olaraq qalıb.
İstifadəçilər belə bir qənaətə gəliblər ki, avtomobil ola bilsin ki, 130 kms sürətlə idarə olunub, yazılan protokolda isə texniki səhv olaraq 230 kms göstərilib.
Məslə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevi bildirib ki, bunla bağlı araşdırmalar aparılıb.
"Hadisə texniki səhv ucbatından baş verib. Həmin protokol ləğv edilib".

E.Ə.
www.oxu.az